Xəbər verdiyimiz kimi, bu gün parlamentin iclasında yeni Ombudsman seçilməsi məsələsi müzakirə edilir.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, millət vəkili Qüdrət Həsənquliyev deyib ki, keçmiş Ombudsman Elmira Süleymanovanın yaşı və səhhəti son vaxtlar onun aktiv fəaliyyətinə mane olub:
“Təəssüf ki, “Tərtər işi”ndə Ombudsmanın fəaliyyəti olmayıb. Həmin işdə işgəncələr nəticəsində ölən şəxslər oldu. Həmin işgəncə verənlərə də cinayət işi başlanılıb. Amma bu barədə ictimaiyyətə məlumat verilmədi. Halbuki həmin şəxslər cəzalarını aldılar”.


