ReAl Partiyası keçirilməsi gözlənilən növbədənkənar parlament seçkilərində iştirak edəcək.
Bu barədə partiya sədri İlqar Məmmədov məlumat verib.
O bildirib ki, seçkidə iştirakla bağlı digər müxalifət partiyaları ilə danışıqlara hazırdır: “Hazırda mənim seçkidə iştirakımla bağlı məhdudiyyət var. Məhdudiyyətin götürülməsi ilə bağlı hüquqi prosedurları həyata keçiririk. Ümumiyyətlə, ReAl Partiyası növbədənkənar parlament seçkilərində 90-a yaxın namizədlə iştirak etmək niyyətindədir. Xalqı bu seçkilərdə aktiv olmağa səsləyirəm”.
Qeyd: Yeni Azərbaycan Partiyasının Siyasi Şurası Milli Məclisdə təmsil olunan üzvlərinə parlamentin buraxılması təşəbbüsü ilə çıxış etməyi tövsiyə edən qərar qəbul edib.


