İsrail Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri iyunun 13-dən bəri İrandan yəhudi dövlətinin ərazisinə doğru buraxılan 500-dən çox pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.
Oxu.Azbildirir ki, bu barədə İsrail Müdafiə Ordusunun (IDF) Mətbuat Xidməti məlumat yayıb.
Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələri bütün İran ərazisində onlarla PUA-nı məhv etməyə davam edir.


