Hadisə

Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı

Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı

Üç gün əvvəl Qarabağ suvarma kanalının Yevlax şəhəri, Tanrıqulular kəndindən keçən hissəsində batan 15 yaşlı yeniyetmənin meyiti tapılıb.

Demokrat.azxəbər verir ki, Mingeçevir şəhər sakini, 2010-cu il təvəllüdlü Rəsulov Hüseyn Sübhanovicin meyiti sudan çıxarılıb.

Yeniyetmənin meyiti onun boğulduğu ərazisisən 15 kilometr kənarda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az