Hadisə

Yeniyetmə Lənkəranda dənizdə boğuldu

Yeniyetmə Lənkəranda dənizdə boğuldu

Lənkəran rayonunda yeniyetmə dənizdə boğulub.

Oxu.Azxəbər verir ki, hadisə şəhərin "Kiçik Bazar" adlanan ərazisində qeydə alınıb.

Əraziyə dalğıc-axtarış qrupu cəlb olunub. Daha sonra batan yeniyetmənin meyiti sudan çıxarılıb.

Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova