Dünya

İsrail və HƏMAS 60 günlük atəşkəslə bağlı razılığa gəldi

İsrail və HƏMAS 60 günlük atəşkəslə bağlı razılığa gəldi

İsrail ABŞ prezidentinin Yaxın Şərq üzrə nümayəndəsi StivUitkoffdan Qəzza zolağında 60 günlük atəşkəs və HƏMAS-ın əlində olan on israilli girovun azad edilməsini nəzərdə tutan yeni təklif alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.

Qeyd olunur ki, İsrail Uittkoffun bu təklifinə hələ heç bir cavab verməyib.

Nəşrin məlumatına görə, saziş layihəsi 60 günlük atəşkəs çərçivəsində Qəzzada müharibənin tam dayandırılması üçün tərəflər arasında danışıqları nəzərdə tutur.

NE
Nihadə Eyyubova