Hadisə

Sumqayıtda evdə partlayış: Ər-arvad yaralandı

Sumqayıtda evdə partlayış: Ər-arvad yaralandı

Sumqayıtda evdə partlayış olub.

Demokrat.az APA-ya istinadən xəbər verir ki, Sumqayıt şəhəri, Xəzər Bağları ev 104 ünvanında baş verən partlayışa qaz sızması səbəb olub.

Partlayış nəticəsində ev sahibləri - 1931-ci il təvəllüdlü Əliyar Xudiyev və arvadı, 1937-ci il təvəllüdlü Hüsnü Xudiyeva yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az