Mayın 26-da Qarabağ Dirçəliş Fondunun (QDF) və “Opalus Partners Group” şirkətinin birgətəşkilatçılığı ilə işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətindəgörülən işlərə dəstək göstərilməsi məqsədilə “Məqsəd, Etimad və Vəhdət: Qarabağın dirçəlişiüçün korporativ liderliyin səfərbər edilməsi” mövzusunda görüş keçirilib.“Qarabağ Dirçəliş Fondunun Dostları” işgüzar platforması çərçivəsində baş tutan tədbirdəQarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Təhsilin İnkişafıFondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi vəBaş icraçı direktorun müşaviri İlqar Nuri, “Opalus Partners Group” şirkətinin direktoru ÇimnazQasımova, eləcə də Fondun donor və tərəfdaşları, bir sıra dövlət qurumlarının və şirkətlərinnümayəndələri iştirak ediblər.
Görüşün məqsədi işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, ocümlədən Fondun fəaliyyəti və həyata keçirdiyi layihələrlə bağlı məlumatların təqdim olunması, eləcə də qurumların/şirkətlərin əməkdaşları arasında ianəçilik mədəniyyətinintəşviq olunması istiqamətində fikir və təcrübə mübadiləsinin aparılması olub.
Tədbirdə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman HacıyevAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa-quruculuq işlərinin sürətlə davam etdirildiyini bildirərək,Fondun bu istiqamətdə həyata keçirdiyi layihələrdən danışıb.
İdarə Heyətinin sədri QDF-in fəaliyyətinin prioritet istiqamətləri, eləcə də Fondun bu günəqədəki maliyyə göstəricilərini diqqətə çatdırıb.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov işğaldan azad edilmişərazilərdə təhsil sisteminin yenidən qurulması və ixtisaslı kadrların hazırlanmasıistiqamətində Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlığın perspektivləri ilə bağlı fikirlərinibölüşüb.
Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktorun müşaviri İlqar NuriAzərbaycanda ianə mədəniyyətindən və işğaldan azad edilmiş ərazilərin bərpasındaianəçiliyin rolundan danışıb. Qarabağ Dirçəliş Fondunun bir sıra layihələrində donor vətərəfdaş kimi iştirak etdiklərini deyən İlqar Nuri digər şirkətləri QDF-lə yaxından əməkdaşlıqetməyə və bununla da Qarabağın bərpasına və dirçəldilməsinə töhfə verməyə çağırıb.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyəti sədrinin müşaviri Rəşad Qasımzadə Fondtərəfindən maliyyə dəstəyi ayrılan və icra olunan layihələrlə bağlı geniş təqdimatla çıxış edib.
Daha sonra Fondun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin BağırovaFondun fandreyzinq layihələri və ianə imkanları ilə bağlı məlumat verib (İanə üsulları ilə ətraflı burada tanış ola bilərsiniz: https://qdf.gov.az/iane-imkanlari/).






