Dünya Özəl

BMT Suriya ilə əməkdaşlığı genişləndirir

BMT Suriya ilə əməkdaşlığı genişləndirir

Suriyanın keçid hökumətinin Xarici İşlər Nazirliyinin rəhbəri Əsəd əl-Şeybani BMT baş katibinin Suriya üzrəxüsusi nümayəndəsi Geir Pedersen ilə görüşüb.

Demokrat.az xəbər verir ki, bu barədə TASS məlumat verir.

Məlumata görə, Dəməşqdə keçirilən görüşdətərəflər ölkədə təhlükəsizlik və sabitliyin qorunmasının vacibliyini vurğulayıblar.

Görüş zamanı Suriyada keçid dövrünün ədliyyə sisteminin fəaliyyəti, eləcə də Suriya hökuməti ilə BMT arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

Qeyd olunur ki, Pedersen Suriyada hakimiyyət dəyişikliyindən sonra dəfələrlə Dəməşqə səfər edib, vəziyyətin nizamlanması və ölkədə sabitliyin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova