Dünya Özəl

Rusiyanın futbola qayıtmasını müdafiə edən ölkələr açıqlanıb

Rusiyanın futbola qayıtmasını müdafiə edən ölkələr açıqlanıb

Bu gün ParaqvayınAsunsionşəhərindəkeçirilən Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) konqresində beş Cənubi Amerika ölkəsi Rusiyanın beynəlxalq arenaya qayıtmasını dəstəkləyib.

Demokrat.az xəbər verir ki, bu barədə "Sport24" məlumat verir.

Mənbə bildirib ki, Cənubi Amerika öz mövqeyini çoxdan bəyan edib - onlar Rusiya komandalarının geri dönməsinin tərəfdarıdırlar. Çili, Kolumbiya, Paraqvay, Uruqvay və BraziliyaRusiyanı dəstəkləyib.

Görüşdə Rusiyanın qayıdışı mövzusunun rəsmi olaraq qaldırılmadığı qeyd edilir. Rusiyanın Ukraynadaxüsusi hərbi əməliyyatına başlamasından sonraFİFAvə Avropa Assosiasiyaları İttifaqı (UEFA) Rusiya millisini və Rusiya klublarını onların himayəsi altında keçirilən turnirlərdən kənarlaşdırıb.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova