NASA-da təcrübə keçən Tad Roberts sevgilisinə görə 21 milyon dollar dəyərində Ay qayalarını oğurlayıb.
Demokrat.az xarici KİV-ə istinadən xəbər verir ki, Roberts və sevgilisi oğurlanmış qayaları internetdə satmağa çalışıblar.
Robertsin Fovler və başqa bir təcrübəçinin köməyi ilə gecə saatlarında NASA-nın kosmos mərkəzinə girərək 7,7 kq Ay qayası olan 600 funtluq seyfi oğurladığı bildirilir.
Müəyyən edilib ki, cütlük daşların qramını 2000-8000 dollar arasında dəyişən qiymətə onlayn satmağa cəhd edib.
Ayın qayalarını görən bir belçikalı kolleksiyaçının FTB-yə xəbər verməsindən sonra Roberts və onun yoldaşlarının əməliyyatda tutulduğu açıqlanıb. Roberts səkkiz il həbs cəzasına məhkum edilib, Fovler və digər iki müttəhimə ev dustaqlığı verilib.
Leyla Turan Demokrat.az


