Sosial

Babək rayonunun dağlıq kəndlərinə güclü dolu yağdı

Babək rayonunun dağlıq kəndlərinə güclü dolu yağdı

Naxçıvan Muxtar Respublikasında qeyri-sabit hava şəraiti davam edir.

Demokrat.az nuhcixan-a istinadən xəbər verir ki, mayın 14-də muxtar respublikanın rayon və kəndlərinə leysan xarakterli yağış yağıb.

Babək rayonunun Yuxarı və Aşağı Buzqov kəndlərində isə güclü dolu müşahidə olunub. Hazırda bölgədə qeyri-sabit hava şəraiti davam edir.

Dolu təsərrüfatlara və meyvə bağlarına ziyan vurub.

D
demokrat.az