Hadisə

Yevda Abramov xəstəxanaya yerləşdirildi

Yevda Abramov xəstəxanaya yerləşdirildi

Milli Məclisin deputatı Yevda Abramovun səhhətində problem yaranıb.

Demokrat.az xəbər verir ki, bu barədə APA-ya deputatın oğlu məlumat verib.

O bildirib ki, bir neçə gün bundan öncə Yevda Abramov Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib: “Hazırda o, xəstəxanada müalicə olunur”.

Qeyd edək ki, Yevda Abramov Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavinidir.

D
demokrat.az