Sosial

“AzərEnerji” ölkənin ən böyük yarımstansiyasını inşa edir — VİDEO

“AzərEnerji” ölkənin ən böyük yarımstansiyasını inşa edir — VİDEO

“AzərEnerji” ASC 500/330 kilovoltluq yeni “Nəvai” yarımstansiyasını inşa edir və ordan ölkənin müxtəlif istiqamətlərinə yüksəkgərginlikli ötürmə xətləri çəkilir.

Bu barədə Demokrat.az-a səhmdar cəmiyyətindən bildirilib.

Məlumata görə, Azərbaycanda tikilən2qeqavat bərpa olunan enerji mənbələrinin enerjisistemə inteqrasiyasını dayanıqlı və təhlükəsiz şəkildə həyata keçirmək, əsas qovşaq yarımstansiyası funksiyasını daşımaq üçün respublikanın ən böyük yarımstansiyalarından biri tikilir.

Yeni tikilən yarımstansiya və yeni çəkilən500və330kilovoltluq yüksəkgərginlikli xətlər ötürücü sistemdə yeni mərhələnin başlamasıdır. Bu layihə əslində iki mərhələdən ibarətdir.

Birinci mərhələdə “AzərEnerji”nin daxili imkanları və bir hissəsi dövlət büdcəsi hesabına ayrılan vəsaitlə, yeni yarımstansiyanın və onun330kilovoltluq tərəfinin, o cümlədən Nəvaidən Abşerona500kilovotluq, “Biləsuvar” və “Bankə” günəş elektrik stansiyalarına330kilovoltluq ötürmə xətlərinin tikintisi aparılır. İcra qrafikinə əsasən 2024-cü ilin sentyabr ayından başlanılan işlərin əsas hissəsi görülüb və birnci mərhələ üzrə işlərin 2025-ci ilin sonuna qədər başa çatdırılması planlaşdırılır. Bununla, “Bankə” və “Biləsuvar” günəş elektrik stansiyalarının enerjisistemə qoşulması öhdəliyi yerinə yetiriləcək.

Bu böyük enerji layihəsinin ikinci mərhələsində isə Dünya Bankının maliyyələşdirilmə hissəsinə start verilməsi nəzərdə tutulur. Dünya bankının krediti hesabına “Nəvai” yarımstansiyasının500kilovoltluq tərəfinin və yarımstansiya üçün transformator və əlaqəli avadanlıqların alınması və quraşdırılması, habelə adıçəkilən yarımstansiyadan Mingəçevirə500kilovoltluq, o cümlədən Ələt, Abşeron, və Qobuya330kilovoltluq ötürmə xətlərinin tikintisi həyata keçiriləcək. Bu mərhələnin isə3il müddətinə icra olunması nəzərdə tutulub.

NE
Nihadə Eyyubova