Hadisə

Qəzada sağ qalan sürücünü köməyə gələn kranın trosu öldürdü

Qəzada sağ qalan sürücünü köməyə gələn kranın trosu öldürdü

Salyan rayonunda kranın qırılan trosu ölümə səbəb olub.

Demokrat.az “Report”a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunda qeydə alınıb.

Belə ki, 1959-cu il təvəllüdlü Quliyev Sədrəddin Mirzağa oğlunun idarə etdiyi minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində sürücü yüngül xəsarət alıb.

Lakinhadisə yerinə avtomobili qaldırmaq üçün gələn kranın trosu qırılıb və sürücünün üzərinə düşüb. Nəticədə Quliyev Sədrəddinhadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova