Kriminal

Atasının məzarı üstündə ağır vəziyyətdə tapıldı

Atasının məzarı üstündə ağır vəziyyətdə tapıldı

Mingəçevirdə 31 yaşlı kişi intihara cəhd edib.

“Qafqazinfo” xəbər verir ki, 1994-cü il təvəllüdlü şəhər sakini Sabir Gündüz oğlu Mirzəyev Mingəçevir kənd qəbiristanlığı deyilən ərazidə - atasının məzarı üstündə ağır yaralı halda tapılıb.

Onun boğaz nahiyəsində kəsilmiş xəsarətlərin olduğu müəyyənləşib. İlkin məlumata görə, S.Mirzəyev intihara cəhd edib.

Faktla bağlı araşdırma başlanılıb.

NE
Nihadə Eyyubova