Şou-biznes

"Söz vermişəm, onları efirə çağırmayacağam"

Söz vermişəm, onları efirə çağırmayacağam

Aparıcı Tarix Əliyev (Tolik)efir mədəniyyəti olmayan müğənnilləri verilişinə dəvət etməyəcək.

Axşam.az xəbər verir ki, bu barədə o, "Tarixin bir günü" verilişində bildirib. O, həmkarını da bu addımı atmağa səsləyib:

"Bu yaxınlarda həmkarımZaur Nəbioğlu ilə danışdıq və belə qərara gəldik ki, efir mədəniyyəti olmayan, konsert salonlarını restoran kimi tanıyan və böyük-kiçik yeri bilməyənmüğənniləri efirə çağırmayacağam.Bunu özümə söz vermişəm. Zaur da dedi ki, mən də çağırmayacağam. Bu gün görürəm ki, aparıcı Elgiz Əkbər də onları "boykot" etməyə səsləyib. Biz "boykot" etməyəcəyik. Televiziya tamaşaçılar üçün fəaliyyət göstərir. Biz nə versək, insanlarona baxacaqlar. Anam evdə nə verirsə, onu yeyirəm. Restoranda olanda fərqli yeməklər sifariş edirəm. Bir-iki ay bunları verməsək, onlar heç kimin yadına düşməyəcək və televiziyalar buna öyrəşəcək. Biz bununla reytinq yox, zövqlü tamaşaçı meyarınıgətirəcəyik. Bu müğənnilər qoy bilsinlər ki, efir Tiktok deyil. Özünə hörmət edən aparıcılar birləşərək bu işi görməlidirlər. Qoy getsinlər tiktok-da trend olsunlar. Bura gəlməyin, bizdən uzaq, Allaha yaxın".

NE
Nihadə Eyyubova