Daxili siyasət

Cəlilabadda 9 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu əsaslı təmir olunacaq — SƏRƏNCAM

Cəlilabadda 9 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu əsaslı təmir olunacaq — SƏRƏNCAM

Cəlilabad rayonunun Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil yolu əsaslı təmir olunacaq.

Demokrat.azxəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla 7 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil yolunun əsaslı təmiri məqsədilə dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 1,5 milyon manat ayrılıb.

NE
Nihadə Eyyubova