Sosial

"Qarabağ Universitetinin kənd təsərrüfatı fakültəsi Xocalıda tədris olunacaq"

Qarabağ Universitetinin kənd təsərrüfatı fakültəsi Xocalıda tədris olunacaq

Gələcəkdə Qarabağ Universitetində 10 fakültənin fəaliyyət göstərməsi planlaşdırılır.

Demokrat.az APA-ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Xankəndidə “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusuna həsr olunmuş konfransda bildirib. Nazir qeyd edib ki, 2030-cu ilə qədər universitetin musiqi fakültəsi Şuşada, kənd təsərrüfatı fakültəsi isə Xocalıda tədris olunacaq.

E.Əmrullayev universitetin tələbələrinə xüsusi təşəkkür edib:

“Qarabağ Universitetinin mahiyyəti tələbələrdir. Onların universitetin inkişafında rolu böyükdür. Buna görə onlara təşəkkür düşür. Onların əzmi və uğurlu nəticələri sayəsində universitet daha da inkişaf edir və edəcək”.

NE
Nihadə Eyyubova