Xarici siyasət

Moskvadan Ermənistanla Azərbaycana çağırış

Moskvadan Ermənistanla Azərbaycana çağırış

Rusiya Ermənistan və Azərbaycanı sərhəddə eskalasiyadan qaçmağa çağırır.

Demokrat.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib.

O vurğulayıb ki, Rusiya Ermənistan-Azərbaycan sərhədində vəziyyəti diqqətdə saxlayır.

"Biz Bakı və İrəvanı təmkinli olmağa, gərginliyi azaltmaq üçün addımlar atmağa və vəziyyəti pisləşdirə biləcək hər hansı hərəkətdən çəkinməyə çağırışımızı təkrar edirik", - Zaxarova bildirib.

D
demokrat.az