Dünya

Türkiyədə güclü ZƏLZƏLƏ

Türkiyədə güclü ZƏLZƏLƏ

Türkiyənin şimal-şərqində yerləşən Gümüşhane şəhərində 4.2 bal gücündə zəlzələ olub.

Demokrat.azxəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla 06:09-da (Bakı vaxtı ilə 07:09-da) qeydə alınan zəlzələnin episentri Kelkit rayonunda, yeraltı təkanların ocağı 5.9 kilometr dərinlikdə olub.

İnsan itkisi və dağıntılarla bağlı məlumat yoxdur.

D
demokrat.az