“Mövcud qanunvericiliyə uyğun olaraq beş uşaqlı ailələr çoxuşaqlı ailələr kateqoriyasına daxil edilib. Bir müddətdir ki, üç uşaqlı ailələrin çoxuşaqlı ailə kimi qəbul edilməsi ictimai müzakirələrə cəlb edilib. Bu məsələ sosial sifariş kimi qəbul edilə bilər”.
Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib.
Deputat bildirib ki, təəssüf ki, son dövrlər ailələrdə bir ən yaxşı halda iki uşağın olmasına üstünlük verilir:


Qeyd edək ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çoxuşaqlı ailə kriteriyası məsələsinə yenidən baxmağı tövsiyə edib.
Əfsanə Kamal Demokrat.az


