Sosial

"Maşın bazarı"nda etiraz — Mağaza sahibləri və işçilər ayağa qalxdı (VİDEO)

Maşın bazarında etiraz — Mağaza sahibləri və işçilər ayağa qalxdı (VİDEO)

Paytaxtın Babək prospektində yerləşən "Maşın bazarı"nda mağaza sahibləri və işçilər etiraza qalxıblar.

Demokrat.az-ın "Unikal"a istinadən əldə etdiyi məlumata görə, onların etirazları hələ də davam edir.

İddia edilib ki, etiraza səbəb qiymət artımlarıdır.

Hələlik bazar rəhbərliyi tərəfindən etirazçıların tələblərinə adekvat cavab verilməyib.

NE
Nihadə Eyyubova