Media

Türkiyənin yeni səfiri Birol Akgün azərbaycanlı ictimaiyyət və media nümayəndələri ilə görüşdü — FOTOLAR

Türkiyənin yeni səfiri Birol Akgün azərbaycanlı ictimaiyyət və media nümayəndələri ilə görüşdü — FOTOLAR

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgünlə azərbaycanlı ictimaiyyət və media nümayəndələrinin görüşü baş tutub.

Demokrat.az xəbər verir ki, ATXƏM-in təşəbbüsü və təşkilatçılığı ilə reallaşan görüşü giriş sözü ilə açan Birol Akgün Azərbaycanla Türkiyə arasında tarixi qardaşlıq bağlarından bəhs edib.

Türkiyəli səfir çıxışında ölkələrimiz arasında münasibətlərin gələcək inkişaf perspektivləri ilə bağlı da fikirlərini bölüşüb.

Birol Akgün Türkiyənin Azərbaycanda səfiri kimi fəaliyyəti zamanı mövcud müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Daha sonra çıxış edən ATXƏM sədriİlham İsmayılovbu cür vacib görüşün təşkilinə görə Birol Akgünə təşəkkürünü bildirib.İlham İsmayılov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı qardaşlıq münasibətləri xalqlarımızı biri-birinə daha da yaxınlaşdırıb. ATXƏM sədri son dövrlərdə Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı istiqamətində mühüm addımların atıldığını vurğulayıb.

Tədbirdə çıxış edən ATXƏM İB-in icra katibiSəadət Ramazanlı, "Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi" İB-nin sədriRauf Zeynivə “İnkişafa və İslahatlara Dəstək” İB-nin sədriRamil Əliyevxalqlarımız arasında münasibətlərin daha da inkişaf etməsi üçün bu cür görüşlərin əhəmiyyətinin böyük olduğunu qeyd ediblər.

Daha sonra, Vətəndaşların Sosial Rifahı Naminə İB-nin sədriİradə Rzazadə, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədriŞəmistan Əlizamanlıçıxış edərək tarix boyu mövcud olmuş Azərbaycan Türkiyə dostluğu, eyni zamanda iki dövləti birləşdirən mənəvi dəyərlər haqqında ətraflı məlumat veriblər.

Tədbirdə çıxış edən media nümayəndələri -Bizim.Mediainformasiya portalının baş redaktoruAnar Tahirov, “LAF TV”-nin rəhbəriLəman Ələşrəfqızıvə "Demokrat.az" xəbər portalının rəhbəriVasif Həsənli44 günlük Vətən müharibəsi dövründə Türkiyənin mənəvi dəstəyinin əhəmiyyətindən bəhs ediblər.

Onlar Türkiyə-Azərbaycan münasibətlərinin inkişafının regionda sabitlik və rifah baxımından vacib olduğunu qeyd ediblər.

Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.

NE
Nihadə Eyyubova