Hadisə

Gəncədə sərxoş oğul atasını qətlə yetirdi

Gəncədə sərxoş oğul atasını qətlə yetirdi

Gəncədə dəhşətli qətl hadisəsi baş verib.

Demokrat.azOxu.az-a istinadən xəbər verir ki, münaqişə zəminində oğul atasını qətlə yetirib.

Gəncə şəhər Dəmiryolu, 6 ünvanında yaşayan 1994-cü il təvəllüdlü Dadaşov Yusif Mübariz oğlu atası, 1967-ci il təvəllüdlü Dadaşov Mübariz Yusif oğlunu bıçaqlayaraq öldürüb.

Cinayəti törədərkən oğulun sərxoş olduğu bildirilir.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, qatil saxlanılıb.

D
demokrat.az