Hadisə

Goranboyda qadın qidadan zəhərləndi — Vəziyyəti ağırdır

Goranboyda qadın qidadan zəhərləndi — Vəziyyəti ağırdır

Goranboy sakini qidadan zəhərlənib, vəziyyəti ağırdır.

Demokrat.az "Report"a istinadən xəbər verir ki, Goranboy rayon sakini, 2001-ci il təvəllüdlü X. Bayramova zəhərlənmə diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Gənc qızın vəziyyəti ağır qiymətləndirilir. Yaxınları onun pomidor turşusundan zəhərləndiyini ehtimal edir.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova