Dünya Özəl

Forbes ən varlı məşhurların adlarını açıqlayıb

Forbes ən varlı məşhurların adlarını açıqlayıb

Dünyanın ən varlı məşhurları siyahısına amerikalı rejissor və prodüser Stiven Spilberq başçılıq edir.

Demokrat.az xəbər verir ki, "Forbes" jurnalı dollar milyarderlərinin 39-cu illik reytinqini dərc edib.

Rejissorun sərvəti 5,3 milyard dollar qiymətləndirilir. Nəşr vurğulayır ki, Spilberq ilk dəfə ən varlı amerikalılar siyahısına hələ 1994-cü ildə daxil olub.Rejissor Corc Lukas Forbes reytinqində ikinci yeri tutub. Onun sərvəti 5,1 milyard dollar qiymətləndirilir.

İlk üçlüyü 3,5 milyard dollar sərvəti ilə basketbolçu Maykl Cordan tamamlayır.

Bundan əvvəl ABŞ-ın Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) işinə nəzarət edən amerikalı sahibkar İlon Maskın dünyanın ən varlı adamı kimi tanındığı bildirilirdi.

Forbes-in məlumatına görə, Maskın sərvəti 342 milyard dollar qiymətləndirilir.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova