Hadisə

Yolda ölüm saçan təhlükə: Sürücülər nəzarətsiz yolda qəzaya və ziyana düşür — FOTOLAR

Yolda ölüm saçan təhlükə: Sürücülər nəzarətsiz yolda qəzaya və ziyana düşür — FOTOLAR

Araz FM radiosunda yayımlanan "Düzgün hərəkət" verilişinin aparıcısı ElgünXıdırov M1 yolunun üzü Xaçmaz istiqamətində olan hissənin bərbad vəziyyətdə olmasından yazıb.

Demokrat.az Avtosfer.az-ın məlumatına görə, aparıcı bildirib ki, Şabran ərazisində (şəhərə çatmağa təxminən 3 km qalmış) yolda əsl təhlükə var. "Sürətlə gələn maşın bura düşsə ən yaxşı halda təkərləri partlayacaq. Pis halda isə artıq özünüz təsəvvür edin".

Elgün Xıdırov üzləşdiyi real təhlükə barədə də məlumat verib. "Bəxtim gətirdi ki, pis hal baş vermədi. Yalnız avtomobilimə ziyan dəydi. Bir az qabaqda YDM-də dedilər ki, hər gün neçə maşın orada ziyan görüb. Mən ora çatanda bir maşın məndən bir az əvvəl həmin çala-çuxuradüşmüşdü. Bizdən də əvvəl neçəsi qəza keçirib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi- məsuliyyətsizlik və nəzarətsizliyinizə görə hər gün nə qədər adam maddi ziyan görür. Bəlkə də araşdırılsa yollarda ölümlə nəticələnən qəzaların bəlli bir qismi sizin məsuliyyətsizliyiniz üzündən baş verir".

Aparıcı təcili yollardakı ölüm saçan qüsurların aradan qaldırılmalı olduğunu da əlavə edib.

Yolda ölüm saçan təhlükə: Sürücülər nəzarətsiz yolda qəzaya və ziyana düşür — FOTOLAR
Yolda ölüm saçan təhlükə: Sürücülər nəzarətsiz yolda qəzaya və ziyana düşür — FOTOLAR
Yolda ölüm saçan təhlükə: Sürücülər nəzarətsiz yolda qəzaya və ziyana düşür — FOTOLAR

NE
Nihadə Eyyubova