Dünya

“Atəşkəs bütün cəbhə xətti boyunca olmalıdır” — Zelenski

“Atəşkəs bütün cəbhə xətti boyunca olmalıdır” — Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski Ciddədə keçirilmiş ABŞ-Ukrayna danışıqları ilə bağlı açıqlama verib.

Demokrat.az həmin açıqlamaları təqdim edir:

- Amerika tərəfi bizim arqumentlərimizi başa düşür, təkliflərimizi qəbul edir, komandalarımız arasında konstruktiv söhbətə görə prezident Trampa təşəkkür etmək istəyirəm.

- Amerika tərəfdən təklif olundu ki, tərəflər dərhal ilk addımı atmalıdır. Təkcə raket, PUA və bombalarla bağlı yox bütün cəbhə xətti boyunca 30 gün ərzində tam atəşkəs yaratmağa çalışaq.

- ABŞ Rusiyanı buna inandırmalıdır.

- Ukrayna sülhə hazırdır. Rusiya müharibəni bitirməyə və ya davam etdirməyə hazır olduğunu nümayiş etdirməlidir. Tam həqiqətin ortaya çıxma vaxtıdır.

D
demokrat.az