"NOW" kanalında yayımlanan “Şakir Paşa Ailəsi: Mucizeler ve Skandallar” serialı Türkiyənin Radio və Televiziya Şurası tərəfindən cəzalandırılıb.
Demokrat.az xəbər verir ki, bu barədə Şuranın bu gün baş tutan iclasında qərar qəbul edilib.
Ekran işinin yayımı 3 həftəlik dayandırılıb.
Qurum bunu serialın türk ailə quruluşuna və milli-mənəvi dəyərlərə zidd olması ilə izah edib.
Xatırladaq ki, daha öncə serialın çəkilişlərinin aparıldığı villa yandırıldığı üçün ekran işi bir neçə həftə yayımlanmamışdı.


