Şou-biznes

"Həyatımın səhvini etdim" — VİDEO

Həyatımın səhvini etdim — VİDEO

Müğənni Xuraman Şuşalının başına iş gəlib.

Axşam.az xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə məlumat yayıb. O, yanmış qazanın görüntülərini izləyiciləri ilə bölüşərəkevdən çıxarkən qazı söndürməyi unutduğunu bildirib:

"Həyatımın səhvini etdim. Uşaqlar üçün yeməyi qızdırırdım. Həyat yoldaşım da həyətdən tez-tez zəng edirdi ki, ad gününə gecikirik. Qazı söndürməmiş getmişəm. Üstündən iki saat keçdikdən sonra yadıma düşüb ki, qazı söndürməmişəm. Öldüm... Evdən çıxmamış da uşaqlara tapşırmışdım ki, "Ayət əl-Kürsi"ni əzbərləsinlər. Bəlkə 100 dəfə "Ayət əl-Kürsi" oxuyublar. Allaha qurban olum. Bir dəqiqənin səhvi, diqqətsizliyi. Uşaqlar iyi hiss etməsəydilər, görəsən, nə olardı?".

NE
Nihadə Eyyubova