Siyasət

Dövlət qurumlarında yüksək vəzifələrdə çalışmış deputatlar — ADLAR

Dövlət qurumlarında yüksək vəzifələrdə çalışmış deputatlar — ADLAR

VII çağırış Milli Məclisdə təmsil olunmuş millət vəkillərinin bir çoxu deputat mandatı qazanmazdan əvvəl dövlət orqanlarında yüksək vəzifələrdə çalışıblar. Onların içərisində müxtəlif nazirliklərə, komitə və icra hakimiyyətlərinə rəhbərlik edənlər də var.

Bizim.Mediadeputat seçilməzdən əvvəl dövlət qurumlarında yüksək vəzifələrdə çalışmış deputatları araşdırıb.

Mübariz Qurbanlı

Dövlət qurumlarında yüksək vəzifələrdə çalışmış deputatlar — ADLAR
Yüksək vəzifələrdə çalışmış deputatlardan biriMübariz Qurbanlıdır. O, on il Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (2014–2024) vəzifəsiniicra edib.

Azər Əmiraslanov

Dövlət qurumlarında yüksək vəzifələrdə çalışmış deputatlar — ADLAR
Azər Əmiraslanov da uzun illər yüksək vəzifələrdə çalışıb. O, 2008-ci il 25 avqust tarixində Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsinə, 2017-ci il 31 may tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi — şöbə müdiri vəzifəsinə təyin edilib və 29 noyabr 2019-cu il tarixədək bu vəzifədə çalışıb. 2019-2024-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsinitutub.

Əli Əhmədov

Dövlət qurumlarında yüksək vəzifələrdə çalışmış deputatlar — ADLAR
Əli Əhmədov uzun illər müxtəlif icraedici strukturlarda çalışıb. O, 1997-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdirinin müavini vəzifəsində çalışıb. 1999–2000-ci illərdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı olub. 22 oktyabr 2013-cü ildən 2024-cü ilədək isə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsiniicra edib.

Sabir Hacıyev

Dövlət qurumlarında yüksək vəzifələrdə çalışmış deputatlar — ADLAR
Sabir Hacıyev 1988-ci ildən respublika prokurorunun köməkçisi, Nazirlər Soveti Hüquq şöbəsinin müdiri vəzifələrindəçalışıb. 1990–1992-ci illərdə Azərbaycan Respublikası Prezidenti Aparatının Dövlət-hüquq şöbəsinin müdiri, Azərbaycan Respublikasının hüquq siyasəti üzrə dövlət müşaviri olub.

Hicran Hüseynova

Dövlət qurumlarında yüksək vəzifələrdə çalışmış deputatlar — ADLAR
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova 1999–2003-cü illərdə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri, 2006–2020-ci illərdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifələrindəçalışıb.

Eldar İbrahimov

Dövlət qurumlarında yüksək vəzifələrdə çalışmış deputatlar — ADLAR
1988-ci ildən Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini-Dövlət Aqrar-Sənaye Komitəsinin sədri və Vilayət Partiya Komitəsinin büro üzvü, 1991-ci ildən Standartlar və Metrologiya Mərkəzinin direktoru, 1993–1995-ci illərdə Naxçıvan Muxtar Respublikası baş nazirinin birinci müavini-Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri vəzifələrindəçalışıb.

Polad Bülbüloğlu

Dövlət qurumlarında yüksək vəzifələrdə çalışmış deputatlar — ADLAR
Polad Bülbüloğlu 1988-2006-cı illərdə mədəniyyət naziri, 2006-2024-cü illərdə isə Azərbaycanın Rusiya Federasiyasında fövqəladə səfiri vəzifəsindəçalışıb.

Şahin Seyidzadə

Dövlət qurumlarında yüksək vəzifələrdə çalışmış deputatlar — ADLAR
87 saylı Qobustan-Şamaxı-İsmayıllı seçki dairəsi Şahin Seyidzadə VI çağırış Milli Məclisin də deputatı olub. Lakin o, 2022-ci ilin martında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. Şahin Seyidzadə 2024-cü il sentyabrın 23-dək bu vəzifəniicra edib.

Elman Məmmədov

Dövlət qurumlarında yüksək vəzifələrdə çalışmış deputatlar — ADLAR
124 saylı Şuşa-Ağdam-Xocalı- Xocavənd seçki dairəsindən seçilmiş deputat 1991–2000-ci illərdə Xocalı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindəçalışıb.

Əli Məsimli

Dövlət qurumlarında yüksək vəzifələrdə çalışmış deputatlar — ADLAR
1991–1992-ci illərdə Azərbaycan Respublikası Prezidenti Aparatının İqtisadiyyatın idarə edilməsinin təşkili şöbəsinin bölmə müdiri, Sosial-iqtisadi inkişaf şöbəsinin baş məsləhətçisi, 1992–1993-cü illərdə Azərbaycan Respublikası Xarici İnvestisiyalar Komitəsinin sədri, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri, Baş nazir əvəzi, iqtisadiyyat naziri vəzifələriniicra edib.

Mehriban Vəliyeva

Dövlət qurumlarında yüksək vəzifələrdə çalışmış deputatlar — ADLAR
Mehriban Vəliyeva deputat mandatı qazanmazdan əvvəl bir sıra yüksək vəzifələriicra edib. O, 2014-cü ildə Akademik Zərifə Əliyeva adına liseydə direktor, 2020-ci ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir, 2023-cü ildə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində direktor müavini vəzifəsində çalışıb.

Nigar Məmmədova

Dövlət qurumlarında yüksək vəzifələrdə çalışmış deputatlar — ADLAR
2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protokol sektorunun müdiri, 2022-ci ilin mayından DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktor müavini, 2023-cü ilin sentyabrından 2024-cü ilin sentyabrına qədər isə direktoru vəzifələrindəçalışıb.

Ramid Namazov

Dövlət qurumlarında yüksək vəzifələrdə çalışmış deputatlar — ADLAR
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici əlaqələr şöbəsinin müşaviriolub.

Heydər Əsədov

Dövlət qurumlarında yüksək vəzifələrdə çalışmış deputatlar — ADLAR
1995-2007-ci illər arasında maliyyə nazirinin müavini, həmçinin Ali dövlət xəzinədarlığının baş direktoru vəzifələrində çalışıb. O, 2007-2013-cü illərdə Hesablama Palatasının sədri olub. Sonrakı 5 il müddətində isə kənd təsərrüfatı naziriişləyib. 2019-2024-cü illərdə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru olub.

Asif Əsgərov

Dövlət qurumlarında yüksək vəzifələrdə çalışmış deputatlar — ADLAR
Zaqatala Rayon İcra Hakimiyyətinin (2006–2009), Səbail Rayon İcra Hakimiyyətinin (2009–2015) və Nəsimi Rayon İcra Hakimiyyətinin (2015–2024)başçısı olub.

Rövşən Muradov

Dövlət qurumlarında yüksək vəzifələrdə çalışmış deputatlar — ADLAR
Milli Məclis Aparatında məsləhətçi, böyük məsləhətçi, baş məsləhətçi kimi çalışıb. O, 2024-cü ilin sentyabrınadək Milli Məclisin İqtisadi qanunvericilik şöbəsi müdirinin müaviniolub.

Zaur Şükürov

Dövlət qurumlarında yüksək vəzifələrdə çalışmış deputatlar — ADLAR
Zaur Şükürov 25 ilə yaxın diplomatik xidmətdə fəaliyyət göstərib. Bu dövr ərzində Azərbaycan Xarici İşlər Nazirliyinin mərkəzi aparatında müxtəlif vəzifələrdə – şöbə müdiri, idarə rəisinin müavini, idarə rəisi, nazirin köməkçisi kimi postlarda çalışıb. O, Azərbaycanın Cənubi Afrika Respublikasındakı müvəqqəti işlər vəkili, diplomatik missiyanın rəhbəri vəzifəsini dəicra edib.

Səbinə Salmanova

Dövlət qurumlarında yüksək vəzifələrdə çalışmış deputatlar — ADLAR
Səbinə Salmanova 2000-ci ildən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində çalışmış, burada idarə rəisi, baş ədliyyə müşaviri kimi fəaliyyət göstərib. 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin Siyasi partiyalarla iş sektorunun müdiri vəzifəsinətəyin edilib.

Səyyad Aran

Dövlət qurumlarında yüksək vəzifələrdə çalışmış deputatlar — ADLAR
Səyyad Salahlı (Aran) uzun illər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində çalışıb. O, 2012-2024-cü illərdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müaviniolub.

Rizvan Nəbiyev

Dövlət qurumlarında yüksək vəzifələrdə çalışmış deputatlar — ADLAR
Rizvan Nəbiyev uzun illər diplomatik fəaliyyətlə məşğul olub. O, 2004–2008-ci illərdə Azərbaycanın Almaniyadakı Səfirliyində Attaşe, 3-cü və 2-ci Katib işləyib. R.Nəbiyev 2009–2011-ci illərdə XİN-də 1-ci katib, Qərbi və Mərkəzi Avropa şöbəsinin müdiri olub. O, 2011–2016-cı illərdə Azərbaycanın Almaniyadakı Səfirliyində müşavir vəzifəsində çalışaraq strateji əhəmiyyətli layihələri, siyasi, iqtisadi və humanitar məsələləri kurasiya edib. 2022-ci ildə isə XİN-nin Linqvistika idarəsinin rəisitəyin edilib.

Qaya Məmmədov

Dövlət qurumlarında yüksək vəzifələrdə çalışmış deputatlar — ADLAR
Qaya Məmmədov deputat seçilməzdən əvvəl Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik idarəsinin rəisi (2013-2017), Xarici İşlər Nazirliyinin Baş İdarəsinin rəisi kimi vəzifələrdəçalışıb.

Nəsib Məhəməliyev

Dövlət qurumlarında yüksək vəzifələrdə çalışmış deputatlar — ADLAR
V, VI və VII çağırış Milli Məclisin deputatı olan Nəsib Məhəməliyev əvvəlki illərdə Nəsimi Rayon İcra Hakimiyyətinin (2006–2015) və Balakən Rayon İcra Hakimiyyətinin (2000–2006) başçısı vəzifələrindəçalışıb.

Eyvaz Qurbanov

Dövlət qurumlarında yüksək vəzifələrdə çalışmış deputatlar — ADLAR
VII çağırış Milli Məclisin deputatı olan Eyvaz Qurbanov Oğuz Rayon İcra Hakimiyyətinin başçısı (2011–2024) vəzifəsində çalışıb. O, daha əvvəl III çağırış Milli Məclisin də deputatıolub.

NE
Nihadə Eyyubova