“Türk axını” boru kəməri ilə Rusiya qazının Slovakiyaya tədarükü bərpa edilib.
Demokrat.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Robert Fiko məlumat verib.
O bildirib ki, Rusiya qazı “Türk axını” kəməri ilə Slovakiyaya axmağa başlayıb, bu, Rusiya və Türkiyənin birgə səyləri nəticəsində mümkün olub və buna görə onlara təşəkkür etmək lazımdır.
Əfsanə Kamal Demokrat.az


