Şou-biznes

İnsult keçirən Xalq artistinin son vəziyyəti açıqlandı

İnsult keçirən Xalq artistinin son vəziyyəti açıqlandı

Xəbər verdiyimiz kimi, Xalq artisti Fatma Mahmudova xəstəxanaya yerləşdirilib.

Aktrisanın müğənni qızı Nigar Tofiqızı Axşam.az-a açıqlamasında sənətçinin son durumu ilə bağlı məlumat verib: O bildirib ki, anası hazırda reanimasiyadadır:

"Günorta evdə oturduğu yerdə insult keçirtdi. Hazırda reanimasiyada həkim nəzarətindədir. Həkimlər yaxşı olacağını deyirlər".

Qeyd edək ki, F.Mahmudova bundan əvvəl də beyin insultu keçirtdiyini açıqlamışdı.

NE
Nihadə Eyyubova