Dünya

Kalaşnikov: “Rusiya Ermənistana elə silah satır ki...”

Kalaşnikov: “Rusiya Ermənistana elə silah satır ki...”

“Rusiya Ermənistana elə silah-sursat satır ki, onlar əvvəllər heç kəsə verilməyib".

İşğalçı ölkə mediasının yaydığı məlumata görə bu sözləri Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya İnteqrasiyası və Soydaşlarla Əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov deyib.

“Odur ki, silah tədarükündə Rusiya tərəfindən incimək günahdır. Rusiya təkcə Azərbaycana deyil, müttəfiqlərinə və tərəfdaşlarına da silah satır. Ermənistan da müttəfiqlərinə aiddir və ona daha çox satır, heç vaxt başqa ölkələrə satmayacağı silahları satır”- deyə Kalaşnikov İrəvanda jurnalistlərə bildirib.

Ermənistan baş nazirinin bu məsələ ilə bağlı narahatlığına dair bir suala cavab olaraq isə Kalaşnikov bəyan edib:

"Əlbəttə, bu, narahat edir, ən yeni silahları Ermənistana satmağımız Azərbaycanı da narahat edir..."

P.S. Bəs pulitoloqlar nağıl oxuyurdular ki, Rusiya erməniyə arxa çevirib, 7 rayonu qaytarır?.. (Moderator)

D
demokrat.az