Dünya

“Oskar”a namizədlər açıqlanıb — TAM SİYAHI

“Oskar”a namizədlər açıqlanıb — TAM SİYAHI

Kino Sənətləri və Elmləri Akademiyası 2024-cü il üçün “Oskar” mükafatına namizədləri açıqlayıb.

“Report”xəbər verir ki, 97-ci mükafatlandırma mərasimi martın 2-də “Dolby Theatre”də baş tutacaq.

Ən yaxşı film:“Anora”, “Brutalist”, “Bob Dilan: Naməlum”, “Konklav”, “Dyun 2”, “Emiliya Peres”, “Mən hələ də buradayam”, “Nikel oğlanlar”, “Substansiya”, “Pis: Qərbin ifritəsi haqqında nağıl”. Ən yaxşı rejissor:Şon Beyker – “Anora”, Breydi Korbet – “Brutalist”, Ceyms Menqold – “Bob Dilan: Naməlum”, Jak Odiar – “Emiliya Peres”, Korali Farca – “Substansiya”. Ən yaxşı kişi rolu:Edrian Broudi – “Brutalist”, Timoti Şalame – “Bob Dilan: Naməlum”, Kolman Dominqo – “Sinq Sinq”, Reyf Fayns – “Konklav”, Sebastyan Sten - "Şagird: Trampın yüksəlişi”. Ən yaxşı qadın rolu:Sintiya Erivo – “Pis: Qərbin ifritəsi haqqında nağıl”, Karla Qaskon – “Emiliya Peres”, Mayki Medison – “Anora”, Demi Mur – “Substansiya”, Fernanda Torres – “Mən hələ də buradayam”. Ən yaxşı orijinal ssenari:“Anora”, “Brutalist”, “Əsl ağrı”, “5 sentyabr”, “Substansiya”. Ən yaxşı uyğunlaşdırılmış ssenari:“Bob Dilan: Naməlum”, “Konklav”, “Emiliya Peres”, “Nikel oğlanlar”, “Sinq Sinq”. Ən yaxşı vizual effektlər:“Yad: Romul”, “Daha yaxşı olmaq: Robbi Uilyams hekayəsi”, “Dyun 2”, “Meymunlar planeti: Yeni çarlıq”, “Pis: Qərbin ifritəsi haqqında nağıl”. Ən yaxşı səs:“Bob Dilan: Naməlum”, “Dyun 2”, “Emiliya Peres”, “Pis: Qərbin ifritəsi haqqında nağıl”. Ən yaxşı qısametrajlı film:“Girov”, “Anuya”, “Mən robot deyiləm”, “Sonuncu reyncer”, “Səssiz qala bilməyən adam”. Ən yaxşı dizayn:“Brutalist”, “Konklav”, “Dyun 2”, “Nosferatu”, “Pis: Qərbin ifritəsi haqqında nağıl”. Ən yaxşı orijinal mahnı:“Brutalist”, “Konklav”, “Emiliya Peres", “Pis: Qərbin ifritəsi haqqında nağıl”, “Vəhşi robot”. Ən yaxşı saundtrek:“Brutalist”, “Konklav”, “Emiliya Peres”, “Pis: Qərbin ifritəsi haqqında nağıl”, “Vəhşi robot”. Ən yaxşı sənədli film:“Qara qutu gündəlikləri”, “Başqa torpaq yoxdur”, “Forfor müharibəsi”, “Dövlət çevrilişinə saundtrek”, “Şəkər qamışı”. Ən yaxşı cizgi filmi:“Axın”, “Tərs üz 2”, “İlbizin xatirələri”, “Uolles və Qromit: Ən vəhşi intiqam”, “Vəhşi robot”.

NE
Nihadə Eyyubova