Hadisə

Paytaxtda qəza: işıqfor zədələndi

Paytaxtda qəza: işıqfor zədələndi

Paytaxtın Üzeyir Hacıbəyli küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, qəza zamanı yeni quraşdırılmış işıqfor zərər görüb.

Hazırda DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları hadisə yerindədir və işıqforda yaranan problemin qısa müddətdə həll edilməsinə çalışırlar.

NE
Nihadə Eyyubova