Gündəm Özəl

"Dünya ictimai fikrini Qərbi azərbaycanlıların qayıdışı məsələsinə hazırlamaq lazımdır" — Qulu Məhərrəmli

Dünya ictimai fikrini Qərbi azərbaycanlıların qayıdışı məsələsinə hazırlamaq lazımdır — Qulu Məhərrəmli

"Qərbi azərbaycanlıların öz ata yurduna, torpaqlarına qayıtması aktual məsələdir. Çünki indiki hadisələrin gedişi fonunda bu həm ədalətin bərpa olunması, həm də dədə baba torpaqlarımıza sahiblik hissinin formalaşdırılmasıdır. Bu, ilahi ədalətdir. Məsələnin işıqlandırılmasına mətbuat xüsusi diqqət yetirməlidir".

Bu sözləri Demokrat.az-a açıqlamasında əməkdar jurnalist, filologiya elmləri doktoruQulu Məhərrəmli deyib:

"Hazırda Qərbi Azərbaycan İcması fəaliyyət göstərir. Bu hökumətin çox ağıllı düşünülmüş siyasətidir. İcma kifayət qədər uğurlu addımlar atır. İcmanın verdiyi siyasi bəyənatlar tamamilə qanunauyğun, beynəlxalq hüquq çərçivəsindədir. Təkcə ana dilində deyil, rus, ingilis, fransız və alman dilli mətbuatda bununla bağlı yazıların, izahat işlərinin, tarixi arayışların verilməsi çox vacibdir. Ona görə də dünya ictimai fikrini bu məsələyə tamamilə hazırlamaq lazımdır".

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova