Sosial

Bu ərazilərdə su olmayacaq

Bu ərazilərdə su olmayacaq

Bəzi ərazilərdə su təchizatı dayandırılacaq.

Bu barədə Demokrat.az -a “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Sumqayıt Karbamid Zavoduna yeni dəmir yolunun çəkilməsi ilə əlaqədar ərazidən keçən magistral su kəmərinin yerinin dəyişdirilməsi səbəbindən noyabrın 4-də Sumqayıt stansiyası, Müşfiqabad, Nübar, Çiçək, Hökməli qəsəbələri və ətraf yaşayış massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Qeyd edək ki, su təchizatının axşam saatlarında bərpa edilməsi nəzərdə tutulur.

D
demokrat.az