Gündəm

3 günə 3 kiloqram arıqladan pəhriz

3 günə 3 kiloqram arıqladan pəhriz

Qısa zamanda çəki verib, eyni zamanda toksinlərdən qurtulmaq istəyirsiz?

Axşam.az Türkiyə mətbuatına istinadən sizə alma pəhrizini təqedim edir.

Bu pəhrizlə 3 gün ərzində 3 kiloqram çəki vermək mümkündür. Eyni zamanda alma bədəninizi toksinlərdən azad edib özünüzü daha yaxşı hiss etməyinizə səbəb olacaq.

Səhər: 1 kasa hazır yulaf əzməsinin içərisinə 1 ədəd rəndələnmiş alma və yarım fincan yağsız süd əlavə edin yeyin. İstəyə bağlı olaraq şəkərsiz çay və ya kofe için.

Ara: 2 ədəd qoz və ya fındıq, 1 fincan yaşıl çay

Nahar: 2 ədəd yaşıl alma, 1 ç.q darçın əlavə edilmiş bir kasa yağsız yoqurt

Ara: 2-3 ədəd badam, bir fincan şəkərsiz kofe

Axşam: 2 ədəd yaşıl alma, 1 ç.q darçın əlavə edilmiş bir kasa yağsız yoqurt

Gün ərzində ən az 2 litr su için. Bu pəhrizə əməl edərkən yorucu idman hərəkətləri etmıək olmaz.

NE
Nihadə Eyyubova