Region

Erməni hərbçilər geyinməyə uniforma tapmır — FOTOFAKT

Erməni hərbçilər geyinməyə uniforma tapmır — FOTOFAKT

“Nikolun saxladığı ordu. Parlamentin “Hayastan” fraksiyasının deputatlarının döyüş mövqelərinə gəlişi zamanı diqqətçəkən bir şey müşahidə etdim”.

Bunu erməni ictimai-siyasi xadim Edqar Qazaryan öz “Facebook” səhifəsində yazıb və foto paylaşıb.

“Fotoda ön cəbhədə xidmət edən hərbçilər var, onlar 5 nəfərdirlər, amma 10 rəngdə uniforma geyinirlər. Onların hamısının uniformaları müxtəlif rəng və çalarlara malikdir. Əminəm ki, onların əksəriyyəti formalarını mağazadan özləri alır. Praktikada dövlətin eyni şəxsə müxtəlif rənglərdə forma verməsi qeyri-mümkündür və bir çox hərbi geyim mağazalarının müştəriləri çətin ki, hərbçilərdən və əsgər valideynlərindən başqa insanlar olsun”, - deyə Qazaryan qeyd edib. (Ordu.az)

NE
Nihadə Eyyubova