Siyasət

Bakıdakı Yunus Əmrə İnstitutuna yeni direktor təyin olundu

Bakıdakı Yunus Əmrə İnstitutuna yeni direktor təyin olundu

Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinə yeni direktor təyin olunub.

Demokrat.az-ın məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

​​​​​Bildirilib ki, sözügedən vəzifə Güven Çolaka həvalə olunub.

Türkiyənin Azərbaycandakı səfiri Cahit bağçı təyinat münasibətilə Güven Çolakı qəbul edib. Görüş çərçivəsində İnstitutun fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. (Füyuzat)

NE
Nihadə Eyyubova