Siyasət

Araz Əlizadənin çıxışı qardaş ölkənin mediasında qınandı...

Araz Əlizadənin çıxışı qardaş ölkənin mediasında qınandı...

Millət vəkili Araz Əlizadənin qonaq olduğu verilişlərin birində azərbaycanlılarla türklər arasında heç bir qan qohumluğunun olmamasını deməsi qardaş ölkənin mediasında etirazla qarşılanıb.

Türkiyə mediası yazır ki, ““Barış Pınarı” əməliyyatını başlayarkən bir çox ölkələr buna təpki göstərdi. Türklərin həmişə kömək etdiyi Fələstin və Ərəb ölkələri də eyni münasibəti sərgilədilər. Türkiyəyə dəstək verənlər isə yalnız soy kökü bir olan türk dünyası ölkələri idi. Ancaq “İki dövlət, bir millət” şüarıyla həmişə yanında olduğumuz Azərbaycanda millət vəkili Araz Əlizadə qalmaqallı açıqlama verib.

Araz Əlizadə çıxışı zamanı, “Osmanlı Ordusu pul qarşılığında Bakıya gələrək bizi xilas etdi. Azərbaycanlılarla türklər arasında heç bir qan qohumluğu yoxdur”-ifadələrini işlədib. (Moderator)

D
demokrat.az