ABŞ-nin Nyu-Orlean şəhərində sürücünün yük maşınını izdihamın üzərinə sürməsi nəticəsində ən azı 10 nəfər həlak olub, 30 nəfər xəsarət alıb.
Demokrat.az Oxu.Az-a istinadən xəbər verir ki, sürücü daha sonra nəqliyyat vasitəsindən düşərək silahdan atəş açmağa başlayıb.
Öz növbəsində hadisə yerinə gələn hüquq-mühafizə orqanının əməkdaşları sürücüyə cavab atəşi açıblar.
Hələlik hadisəni törədən şəxsin saxlanılmasına dair məlumat verilmir.


