Sosial

AQTA 8 nəfərin qidadan zəhərləndiyini TƏSDİQLƏDİ

AQTA 8 nəfərin qidadan zəhərləndiyini TƏSDİQLƏDİ

2019-cu ilin oktyabr ayı ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 2030 müraciət daxil olub.

Daxil olan müraciətlərdən 374-ü sertifikatlaşdırma və qeydiyyat, 476-ı idxal-ixrac əməliyyatları, 180-i istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.

Qida zəhərlənmələri ilə bağlı Agentliyə 25 müraciət daxil olsa da, onlardan yalnız 8-i öz təsdiqini tapmışdır. Bütün hallarda müraciətlər araşdırılmış və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.

Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 104-ü işə qəbulla, 871-i isə digər xarakterli müraciətlər olub. (Modern.az)

D
demokrat.az