Dünya

İşgüzar məqsədlə Azərbaycan ən çox bu ölkələrdən turist gəlib

İşgüzar məqsədlə Azərbaycan ən çox bu ölkələrdən turist gəlib

Bu ilin noyabr ayında turizm məqsədiylə Azərbaycana gələn 140 min 382 nəfərin 53 min 538 nəfəri ölkəyə işgüzar məqsədlə səfər edib.

Demokrat.azaçıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki,ölkəyə işgüzar məqsədlə ən çox Rusiya vətəndaşları gəlib.

Ötən ay Rusiyadan Azərbaycana işgüzar məqsədlə 12 min 255 nəfər gəlib.

Noyabr ayında Azərbaycana işgüzar məqsədlə ən çox aşağıdakı ölkələrin vətəndaşları səfər ediblər:

Rusiya – 12 255 nəfər Türkiyə – 3 538 nəfər Hindistan – 3 317 nəfər Çin – 2 349 nəfər ABŞ – 2 072 nəfər Pakistan – 1 972 nəfər Böyük Britaniya – 1 629 nəfər Almaniya – 1 138 nəfər Birləşmiş Ərəb Əmirlikləri – 1 090 nəfər Qazaxıstan – 777 nəfər Səudiyyə Ərəbistanı – 680 nəfər Filippin – 630 nəfər Gürcüstan – 616 nəfər İtaliya – 597 nəfər Belarus – 567 nəfər Kanda – 508 nəfər

NE
Nihadə Eyyubova