Dekabrın 18-də Dövlət İmtahan Mərkəzinin (DİM) Elektron İmtahanlar Korpusunda Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) və DİM ilə birgə ARVK-ya və Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasına (NMRVK) vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması barədə tövsiyəsi rəhbər tutularaq daimi əsaslarla aparılan sənəd qəbulu nəticəsində 365 nəfər vəkilliyə namizədin sənədləri qəbul edilib.
Belə ki, 3 saat davam edən vəkilliyə qəbulla bağlı test imtahanında ümumilikdə 356 nəfər iştirak edib. ARVK-ya qəbulla bağlı test imtahanında iştirak edən namizəddən 235 nəfəri, NMRVK-ya sənəd verən 5 namizəddən isə 3 nəfəri uğur qazanıb.
Şəffaf şəraitdə keçirilən imtahanda bir çox yerli və beynəlxalq, dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər, televiziya və mətbuat nümayəndələri iştirak edib.
ARVK-ya qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsindən uğur qazanan namizədlər Sənəd Qəbulu Komissiyasına 07.01.2025-cü il tarixdən 07.02.2025-cü il tarixədək aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. ARVK-nın Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş formada ərizə; 2. Yazılı test mərhələsinin yekun nəticəsinə dair məlumat vərəqəsi; 3. Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti; 4. Ali hüquq təhsili barədə diplomun notariat qaydada təsdiq edilmiş surəti; 5. Əmək kitabçasının notarial qaydada və ya iş yerində təsdiq edilmiş surəti; 6. Ruhi-əsəb kabinetində dispanser qeydiyyatında olub-olmaması barədə tibbi arayış; 7. Əqli cəhətdən sağlamlıq barədə tibbi rəy; 8. 3x4 sm və 4x6 sm ölçüdə hər ölçüdən 4 ədəd (cəmi 8 ədəd) rəngli fotoşəkil; 9. Vəkilin şəxsi məlumat vərəqəsi; 10. Tərcümeyi-hal.
NMRVK-ya qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsindən uğur qazanan namizədlərə ixtisas imtahanlarının şifahi müsahibə mərhələsi ilə bağlı əlavə məlumat veriləcək.
Vəkilliyə qəbul üçün təqdim olunan sənədlərlə ilkin doldurulan ərizə-anket formasında qeyd edilən məlumatlar arasında ziddiyyət aşkar olunarsa və ya namizəd vəkilliyə qəbul üçün lazım olan tələblərə cavab verməzsə, növbəti mərhələyə buraxılmayacaqdır.
ARVK-ya qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsindən uğur qazanan namizədlərin iş nömrəsi ilə SİYAHISI 1. 855870 2. 855756 3. 855723 4. 855688 5. 855869 6. 855960 7. 855952 8. 855914 9. 855935 10. 855858 11. 855853 12. 855725 13. 855876 14. 855821 15. 855665 16. 855771 17. 855733 18. 855652 19. 855985 20. 855732 21. 855680 22. 855878 23. 855799 24. 855806 25. 855838 26. 855955 27. 855965 28. 855774 29. 855895 30. 855933 31. 855704 32. 855931 33. 855794 34. 856004 35. 855670 36. 855793 37. 855996 38. 855836 39. 855662 40. 855724 41. 855813 42. 855746 43. 855828 44. 855765 45. 855763 46. 855775 47. 855783 48. 855770 49. 855814 50. 855907 51. 855728 52. 855752 53. 855882 54. 855961 55. 855822 56. 855919 57. 855903 58. 855758 59. 855708 60. 855827 61. 855913 62. 855867 63. 855769 64. 855722 65. 855982 66. 855848 67. 855885 68. 855825 69. 855824 70. 855897 71. 855857 72. 855689 73. 855759 74. 855850 75. 855927 76. 855967 77. 855949 78. 855978 79. 855749 80. 855668 81. 855712 82. 855946 83. 855945 84. 855998 85. 855871 86. 855721 87. 856117 88. 855990 89. 855908 90. 855801 91. 855834 92. 855866 93. 855683 94. 855738 95. 855956 96. 855920 97. 855654 98. 855808 99. 855692 100. 855779 101. 855798 102. 855854 103. 855901 104. 855666 105. 855948 106. 855671 107. 855669 108. 855926 109. 855972 110. 855782 111. 855678 112. 855792 113. 855807 114. 855976 115. 855925 116. 855819 117. 855753 118. 855980 119. 855743 120. 855675 121. 855720 122. 855650 123. 855796 124. 856003 125. 855804 126. 855986 127. 855943 128. 855768 129. 855896 130. 855747 131. 855881 132. 855840 133. 855810 134. 855833 135. 855736 136. 855940 137. 855883 138. 855778 139. 855962 140. 855835 141. 855667 142. 855964 143. 855826 144. 855805 145. 855817 146. 855874 147. 855936 148. 855922 149. 855781 150. 855772 151. 855930 152. 855711 153. 855750 154. 855811 155. 855844 156. 855884 157. 855868 158. 855791 159. 855902 160. 855780 161. 855830 162. 855726 163. 855699 164. 855809 165. 855841 166. 855790 167. 855818 168. 855975 169. 856005 170. 855761 171. 855953 172. 855812 173. 855686 174. 855966 175. 856118 176. 855932 177. 855905 178. 855741 179. 855849 180. 855891 181. 855886 182. 855924 183. 855915 184. 855837 185. 855653 186. 855785 187. 855730 188. 855773 189. 855832 190. 855751 191. 855823 192. 855988 193. 855879 194. 855851 195. 855947 196. 855993 197. 855706 198. 855684 199. 855731 200. 855816 201. 855800 202. 856000 203. 855846 204. 855887 205. 855707 206. 855744 207. 855739 208. 855957 209. 855950 210. 855797 211. 855754 212. 855656 213. 855776 214. 855861 215. 855691 216. 855694 217. 855762 218. 855888 219. 855673 220. 855987 221. 855941 222. 855977 223. 855880 224. 855900 225. 855663 226. 855734 227. 855829 228. 855893 229. 855856 230. 855937 231. 855685 232. 855970 233. 855702 234. 855999 235. 855719
NMRVK-ya qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsindən uğur qazanmış namizədlərin iş nömrələriSİYAHISI:
1. 856096 2. 856094 3. 856097


