Bakı Apellyasiya Məhkəməsində bibisi oğluna öldürməyə cəhddə təqsirləndirilən Rahib Niyyətovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Demokrat.azPravda.az-a istinadən xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, şikayət təmin edilməyib. Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, hadisə 10 iyul 2023-cü il tarixdə, saat 02:00 paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Rahib Niyyətov onunla birgə yaşayan, 1993-cü il təvəllüdlü Orxan Hümbətova aralarında yaranan mübahisə zəminində bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub. Rahib Niyyətova qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi üzrə ittiham irəli sürüb.


