Hadisə

Əli Həsənovun və Nuşirəvan Məhərrəmlinin Vəzirova DƏSTƏK MÜRACİƏTİ YAYILDI (FOTOFAKT)

Əli Həsənovun və Nuşirəvan Məhərrəmlinin Vəzirova DƏSTƏK MÜRACİƏTİ YAYILDI (FOTOFAKT)

1980-ci illərinin sonlarında Azərbaycan SSR-də belə bir kampaniyaya start verilmişdi. Kampaniyanın əsas məqsədi əvvəlki respublika rəhbərlərinə, xüsusilə də sovet Azərbaycanının inkişafında müstəsna xidməti olan Heydər Əliyevə qarşı qarayaxma təbliğatı idi. Bu prosesin önündə həmin dövrdə (1988-1990) respublikaya rəhbərlik edən Azərbaycan SSR KP MK-nın birinci katibi Əbdürrəhman Vəzirov gedirdi.

Heydər Əliyevə qarşı haqsız ittihamların miqyası o qədər böyük idi ki, hətta, onun dövründə rəhbər vəzifələrə irəli çəkilən şəxslər də Ümummilli Liderə öz sədaqətlərini inkar edir, həmin zaman kəsiyini (1969-1982-ci illər) "ətalət dövrü" adlandırırdılar.

Qarayaxma təbliğatının miqyası SSRİ-nin paytaxtı Moskvaya da sıçramışdı. Hətta, bu şəhərin ali məktəblərində təhsil alan bəzi azərbaycanlı tələbələr də Azərbaycan SSR-nin rəhbəri Əbdürrəhman Vəzirova yarınmaq üçün sıraya düzülmüşdülər. Bu tələbələrin Moskva ali məktəblərində təhsil almalarında böyük rolu olan şəxs isə unudulmuşdu.

Siyasi proseslərdə bu şəkildə iştirak etməklə gələcəkdə Azərbaycan siyasi səhnəsində "uğur" qazanmaq istəyən həmin tələbələrin bir qrupu öz addımlarını qəzet səhifələrinə çıxarmaqdan belə çəkinmirdilər. Buna baxmayaraq, Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra hümanistlik edərək, illərlə ona qarşı qarayaxma kampaniyasına başçılıq edən şəxsi - Əbdürrəhman Vəzirovu dəstəkləyən insanlara şans verdi. Bu şansdan indi bir çoxları kimi, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi vəzifəsini tutan Əli Həsənov,Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli da yararlandı.

Artıq bir neçə gündür ki, Əbdürrəhman Vəzirova edilmiş həmin müraciət soisal şəbəkələrdə yayılıb. Ancaq sözügedən müraciət indiyədək nə Əli Həsənov, nə də Nuşirəvan Məhərrəmli tərəfindən təkzib olunmayıb.

Demokrat.az Əli Həsənovun bir qrup tələbə ilə birgə Əbdürrəhman Vəzirova göndərdiyi həmin müraciəti oxuculara təqdim edir:

— Teleqram nömrəyə —

Bakı,

Azərbaycan Kompartiyasının MK-sı, MK-nin birinci katibi yoldaş A.X. Vəzirova

Biz, S.M.Kirov adına Azərbaycan dövlət universitetinin tarix fakültəsinin dekanı ilə görüş iştirakçıları, yenidənqurma prosesində bizim respublikada Azərbaycan Kompartiyasının məqsədyönlü fəaliyyəti sayəsində baş verən pozitiv və real dəyişiklərlə tanış olduq. Biz partiyanın qarşısında, bütün sovet xalqının qarşısında duran böyük vəzifələri bütün məsuliyyətimizlə dərk edirik və sizi əmin etmək istəyirik ki, biz respublikaya yüksəkixtisaslı elmi kadrlar kimi dönəcəyik və özümüzü yenidənqurma işinə həsr edəcəyik. Bu məqsədə çatmaq üçün biz bütün öz gücümüzü, enerjimizi və biliklərimizi yönəldəcəyik. Biz Azərbaycan Kompartiyasının yeni rəhbərliyinin məqsədyönlü işini alqışlayırıq və dərindən dəstəkləyirik.

M.V.Lomonosov adına MDU-nun tarix fakültəsinin tələbələri və aspirantları Ağakişiyev İ.Ə., Cavadov Ə.S., İbadov R.Ə., Qarayev Ş.E., Quliyev H.B., Məhərrəmov N.U., Həsənov Ə.M., Azayeva Ə.Ə., Qaziyeva S.A. və başqaları.

MOSKVA.

Əli Həsənovun və Nuşirəvan Məhərrəmlinin Vəzirova DƏSTƏK MÜRACİƏTİ YAYILDI (FOTOFAKT)

D
demokrat.az