Dünya

Yakutiyaya asteroid düşüb — VİDEO

Yakutiyaya asteroid düşüb — VİDEO

Rusiyanın Yakutiya bölgəsinə asterid düşüb.

Demokrat.az xəbər verir ki, bu haqda Yakutiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Asteroid atmosferin üstündən keçdi. Əhalinin həyatına heç bir təhlükə yoxdur”, - deyə bildirilib.

Asteroid yerli vaxtla saat 01:14-də atmosferin üstündən keçib. Olekminski və Lenski rayonlarının sakinləri onu görə biliblər.

Onun ölçüsü müxtəlif hesablamalara görə, 0,5 ilə 2 m arasında dəyişib.

NE
Nihadə Eyyubova